Real insan səsinə yaxın süni intellekt - VİDEO

" 10 ildən artıq süni intellekt və maşın öyrənməsi sahəsində əldə etdiyimiz təcrübələri nitqin tanınması sisteminə tətbiq edərək qurduğumuz texnologiya müxtəlif mənbələrdən gələn, professional və ya küylü mühitdə yazılmış audio və video faylları yüksək keyfiyyətlə yazıya çevirir. Sistem biznes sahəsindən, datanın böyüklüyündən asılı olmayaraq istənilən məsələ üçün xüsusiləşdirilə bilir.Biz inanırıq ki, Səs Texnologiyaları insan-kompüter qarşılıqlı əlaqəsində ən yaxşı vasitədir. AzReco şirkəti 2016-cı ildə bir neçə tədqiqatçı-mühəndis tərəfindən səs texnologiyalarının yaradılması və tətbiqi məqsədilə qurulmuşdur. Şirkətimiz müxtəlif biznes sahələrini əhatə edən səs texnologiyaları həlləri təklif edir."

Azərbaycanda mətni səsə və səsi mətnə çevirən proqram təminatları hazırlanıb. Ən maraqlısı isə budur ki, proqramın səsləndirdiyi mətn adi insan intonasiyasından fərqlənmir.

 

Proqram istənilən mətni anında səsləndirirə bilir.Proqram 4 dili dəsdəkləyir . Bu isə komputer arxasında işlədiyi üçün vaxtı olmayan insanlar üçün fürsət yaradırki oxumaöa ehtiyac olmadan qulaq asa bilsin.

 

Bu funksiyanı icra edən proqram ilk dəfə Azərbaycanda fəaliyyət göstərən informasiya və kommunikasiya texnologiyaları şirkətlərindən biri tərəfindən hazırlanıb. Şirkətin proqramçıları ilk dəfə səsləndirmənin daha real olması üçün süni intellektdən istifadə ediblər.

 

Şirkətin icraçı direktoru Samir Abbasov bildirib ki, proqram təminatı bir çox məqsədlər üçün istifadə edilə bilər. Proqram ənənəvi fəaliyyət zamanı uzun müddət tələb edən işləri bir neçə saniyədə həll etməyə imkan verir.

 

Samir Abbasov qeyd edib ki, mətni səsə çevirən proqramla yanaşı səsləri mətnə çevirən proqram da hazırlayıblar. Bu proqram istənilən videodakı danışıqların bir neçə saniyədə Azərbaycan, rus, ingilis və türk dillərində transkripsiyasını çıxarır.

 

Onun sözlərinə görə, artıq bir sıra xarici ölkələrdən hazırladıqları proqramlarla bağlı əməkdaşlıq üçün təkliflər gəlib.

 

Qeyd edək ki, son zamanlar Azərbaycanda informasiya və kommunikasiya şirkətlərinin, eləcə də onların istehsal etdikləri məhsulların sayı artır. Bu İKT sahəsinə marağın artması ilə bağlıdır və Azərbaycanın intellektual məhsulları dünya bazarında artıq özünə yer tapmağa başlayıb.

 


TEQ: Real insan səsinə yaxın süni intellekt VİDEO


02 Mar 2020 17:08   |    263

Mənbə: xezerxeber.az



Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dir-səklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun). (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin....(Maidə Surə-5,ayə- 6)



Şərhlər

Digər Maraqlı xəbərləri