Taliban əcnəbilərə Əfqanıstanı tərk etməyə imkan verəcək

Taliban hərəkatı 200 amerikalıya, həmçinin digər dövlətlərin vətəndaşlarına Əfqanıstanı tərk etməyə imkan verəcək. Onlar çarter reysləri ilə yollana bilərlər.

Məlumata görə, təyyarələrin uçuşu sentyabrın 9-da başlaya bilər. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi  Zalmay Xalilzad bu barədə taliblərlə razılığa  gəlib.

Xatırladaq ki, avqustun 16-da “Taliban” döyüşçüləri Əfqanıstan müqavimətinin əsas qüvvələrinin yerləşdiyi Pəncşir vilayəti istisna olmaqla bütün ölkəni ələ keçirib. Terrorçuların əyaləti tutan müxalifətlə nəticəsiz danışıqlarından sonra taliblər üsyançı əyalətə qarşı hücuma keçib.

Pəncşir tutulduqdan sonra “Taliban” Əfqanıstanda müharibənin bitdiyini elan edib. Hərəkat daha sonra müvəqqəti hökumətin tərkibinin qurulduğunu elan edib.

Mənbə: “Reuters”


TEQ: Taliban əcnəbilərə Əfqanıstanı tərk etməyə imkan verəcək


10 Sep 2021 04:02   |    167

Mənbə: oxu.az



Biz (onlarla bağladığımız) əhdə görə dağı (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü (üçün qoyulmuş qadağanı) pozmayın!”– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq. (Nisa Surə-4,ayə- 154)



Şərhlər

Digər Dünya xəbərləri