Nyu-York səmasında 11 sentyabr hadisələrini simvolizə edən iki işıq sütunu - VİDEO

Nyu-Yorkda 2001-ci il 11 sentyabr tarixində ABŞ-da törədilən terror aktlarının xatirəsinə təşkil edilən “Tribute of Light”(“İşığın mükafatı”) mərasiminin məşqləri keçirilib.

Yerli sakinlər tərəfindən çəkilən videoda 11 sentyabr 2001-ci ildə terrorçular tərəfindən məhv edilən əkiz qüllələri simvolizə edən iki işıq sütununun göyə qalxdığı görünür.

“Tribute of Light” mərasiminin əsas hissəsi sentyabrın 11-dən 12-nə keçən gecə baş tutacaq.

Xatırladaq ki, 2001-ci ilin sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatı Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror hadisəsi törədib.

Mənbə: “Twitter”


TEQ: NyuYork səmasında 11 sentyabr hadisələrini simvolizə edən iki işıq sütunu VİDEO


10 Sep 2021 02:02   |    228

Mənbə: oxu.az



Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə.  (Nisa Surə-4,ayə- 63)



Şərhlər

Digər Dünya xəbərləri