Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın “Vektor” mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər.

Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə “manych” adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən “Krım-Konqo hemorragik qızdırması” (KKHQ) olan pasiyentlərin qan zərdab nümunələrində tapılıb.

“Manych”a gənə dişləməsindən yoluxmaq mümkündür. Əsas simptomlar titrəmə və təxminən 39 dərəcə yüksək temperaturdur.

Mütəxəssislərin fikrincə, hələlik “manych” təhlükə yaratmır. Bununla belə, virusun mutasiya edə biləcəyi də istisna edilmir.

 Mənbə: “İzvestiya”

saytında Torpaq satışı


TEQ: Qızdırma yaradan yeni virus aşkarlanıb


10 Sep 2021 00:33   |    141

Mənbə: oxu.az



(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir. ( Bəqərə  surə-2, ayə - 195 )



Şərhlər

Digər Dünya xəbərləri