Rusiya və Belarus vahid müdafiə məkanı yarada bilər

Bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş keçirilib.

Üç saat yarım davam edən danışıqlar zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə olunub.

Söhbət zamanı dövlət başçıları ölkələr arasındakı ittifaq münasibətlərinin genişləndirilməsi, müxtəlif sahələrdə inteqrasiyanın dərinləşdirliməsi kimi məsələlə ətrafında fikir mübadiləsi aparıblar.

Xüsusilə də görüşdə vahid enerji və müdafiə məkanlarının formalaşdırılması, ortaq parlamentin işə başlaması, vahid valyutanın dövriyyəyə buraxılması gündəmə gəlib.

Tərəflər birgə makroiqdisadi siyasət barədə razılıq əldə ediblər.

Göüşdən sonra mətbuata açıqlamalarda hər iki prezident danışıqların məhsuldar keçdiyini bəyan edib.  

saytında Təkər alqı satqısı elanları


TEQ: Rusiya Belarus vahid müdafiə məkanı yarada bilər


10 Sep 2021 00:32   |    234

Mənbə: oxu.az



Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”.  (Bəqərə Surə-2,ayə-247)



Şərhlər

Digər Dünya xəbərləri