Saakaşvili Gürcüstana qayıdacaq? – Salome Samadaşvili ilə MÜSAHİBƏ

Oktyabrın 2-də Gürcüstanda bu ölkədə xüsusi əhəmiyyət kəsb edən yerli seçkilər keçiriləcək. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vətəninə məhz seçki günü - oktyabrın 2-də gələcəyini açıqladı. Bununla yanaşı, gürcüstanlı jurnalistlər qeyd edirlər ki, bu, Mixail Saakaşvilinin ona qarşı bir neçə cinayət işinin başladığı Gürcüstana qayıtmaqla bağlı yeddinci vədidir. Və Saakaşvili özü də xaricdə yaşayan həmvətənlərini doğma ölkələrinə gəlməyə çağırdı.

FeedLine.net “Lelo-Gürcüstan üçün tərəfdaşlıq” parlament fraksiyası rəhbərinin müavini, Gürcüstanın Avropa İttifaqındakı keçmiş səfiri Salome Samadaşvili ilə söhbətləşib.

Keçmişdə o “Vahid milli hərəkat” partiyasının liderlərindən biri idi, ona “Mixail Saakaşvilinin partiyasının siması” deyirdilər.

- Gürcüstanda keçirilən yerli seçkilərdə bu qədər səs-küyün yaranmasının səbəbi nədir? Aydındır ki, bu, Tbilisi və digər şəhərlərin meri postları uğrunda mübarizədir, lakin gərginlik seçki yarışında qalib gəlməklə əldə edilə biləcək bonusları üstələyir.

- Yerli seçkilər xüsusi əhəmiyyət kəsb edir. 2021-ci ilin aprelində Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə Avropa Şurasının Prezidenti Çarlz Mişelin himayəsi altında bir müqavilə imzaladıq. Bu, siyasi sənəddir, orada qeyd edilir ki, hakim partiya - və bu da “Gürcü arzusu”dur - yerli seçkilərdə 43 %-dən az səs toplayırsa, növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Bir müddət sonra “Gürcü arzusu” bu müqavilədən çıxdığını açıqladı və bu təəccüblü deyil. Onlar 43 % səs toplaya bilməyəcəklərini anladılar və tərəfdarlarını erkən seçkilərin olmayacağına inandırmağa çalışdılar. Amma beynəlxalq tərəfdaşlarımız və müxalifət hesab edir və deyir ki, bu saziş qüvvədədir.

Əgər hakim partiya yerli seçkilərdə 43 % səsi toplaya bilməsə, onda növbədənkənar parlament seçkilərini tələb edəcəyik. Düşünürəm ki, beynəlxalq birlik təşəbbüsümüzü dəstəkləyəcək.

- Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili artıq dünyanın hər yerindən gürcüləri çağıraraq, seçki günü 2 oktyabrda ölkəyə gələcəyinə söz verib. Belə bir dönüşü gözləməyə dəyər?

- Bilmirəm. Mixail Saakaşvili Gürcüstana gəlişi ilə bağlı dəfələrlə açıqlamalar verib. Görək necə olacaq, mühakimə etmək mənim üçün çətindir. 2 oktyabrı gözləyək.

- Reytinqlər barədə soruşmadan keçə bilmirəm. Sosioloji sorğunun nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyası 47 % göstərici ilə öndədir və onun əsas rəqibi “Vahid milli hərəkat” 25 % reytinqə sahibdir.

- Fərqli sorğular fərqli nəticələr verir (gülümsəyir - red.). Beynəlxalq təşkilatlar, məsələn, IRI və digərləri tərəfindən aparılan araşdırmalar göstərir ki, “Gürcü arzusu” yerli seçkilərdə ehtiyac duyduğu 43 %-dən hələ çox uzaqdır.

Nair Əliyev

saytında Velosiped alqı satqısı elanları


TEQ: Saakaşvili Gürcüstana qayıdacaq? Salome Samadaşvili ilə MÜSAHİBƏ


09 Sep 2021 13:00   |    129

Mənbə: oxu.az



Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu) azmış fasiqlərdir.Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz.(Ali İmran Surə-3,ayə- 110,111)



Şərhlər

Digər Siyasət xəbərləri