Dördüncü “Matrix”in tizeri yayımlanıb - VİDEO

“Warner Bros.” film konserni “The Matrix Resurrections” elmi-fantastik filminin ilk tizerini yayımlayıb.

Videoya şirkətin “YouTube” kanalında baxmaq olar.

Tizer cəmi 15 saniyədir - orada “Seçim sənindir” yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunur.

Franşizanın rəsmi saytında eyni yazı görünür və tabletlərdən birini vurma imkanı verilir.

Filmin tam treyleri sentyabrın 9-da yayımlanacaq.

“Matrix” 1999-cu ildə Lana və Lilli Vaçovski bacılarının (həmin vaxt Lourens və Pol qardaşları) rejissorluq etdiyi ABŞ-Avstriya istehsalı olan fantastik filmidir. Filmin kommersiya uğuru “Matrix”in franşiza olmasına səbəb oldu: 2003 -cü ildə “Matrix Reloaded”, cəmi beş ay sonra isə “The Matrix Revolutions” çıxdı.

saytında Torpaq satışı


TEQ: Dördüncü Matrixin tizeri yayımlanıb VİDEO


09 Sep 2021 01:31   |    265

Mənbə: oxu.az



Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur. Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir.  (Maidə Surə-5,ayə- 119-120)



Şərhlər

Digər Mədəniyyət xəbərləri