Paşinyan: “Ermənistan regionda kommunikasiyaların açılmasında qətiyyətlidir”

Ermənistan baş naziri Nikol Paşinyan bölgədə kommunikasiyaların açılması məsələsində qətiyyətli olduğunu deyib.

O hökumət iclasında xatırladıb ki, avqustun 24-də hökumətin 5 illik proqramını parlamentdə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılmasının Ermənistan hakimiyyəti üçün ən vacib istiqamətlərindən biri olacağını bildirmişdi.

“Bildiyiniz kimi, yenidən baş nazir vəzifəsinə seçildikdən sonra artıq İrana səfərim baş tutdu və bu gün Gürcüstana gedirəm.

Həm İran, həm də Gürcüstanla müzakirə olunan məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır və bu kontekstdə Şimal-Cənub mövzusuna önəm verirəm”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) həlli üçün kommunikasiyaların açılması mövzusu müzakirə olunur.

“Bakının da Naxçıvanla əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq”, - deyə Paşinyan qeyd edib.

Paşinyan əlavə edib ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı gündəm də vacibdir:

“Bunun üçün lazımi şəraitin yaradılmasına görə səy göstərməyə davam edirik”.

Mənbə: “Sputnik Ermənistan”


TEQ: Paşinyan Ermənistan regionda kommunikasiyaların açılmasında qətiyyətlidir


08 Sep 2021 13:00   |    139

Mənbə: oxu.az



Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görmə-yincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla-madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.  (Nisa Surə-4,ayə- 19)



Şərhlər

Digər Siyasət xəbərləri