“Taliban” mitinqdə saxlanılan jurnalisti sərbəst buraxıb

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının silahlıları Kabildə Pakistan əleyhinə nümayişdə saxlanılan yerli “TOLOnews” telekanalının operatoru Vahid Əhmədi sərbəst buraxıblar.

Bu barədə “TOLOnews” telekanalının “Twitter” səhifəsində məlumat verilib.

Qeyd olunur ki, “Taliban” üzvləri onu həbs edildikdən təxminən üç saat sonra azad edib.

Xatırladaq ki, bu gün bir qrup əfqanıstanlı Pakistanın bu ölkədə yerləşən səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Onlar qonşu dövləti Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırıblar.

Aksiya “Taliban” silahlıları tərəfindən dağıdılıb. Silahlılar havaya atəş açıblar.

saytında Kirayə Evlər


TEQ: Taliban mitinqdə saxlanılan jurnalisti sərbəst buraxıb


08 Sep 2021 04:01   |    190

Mənbə: oxu.az



.....Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”   (Bəqərə Surə-2,ayə-286)



Şərhlər

Digər Dünya xəbərləri