Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu akvatoriyasında, Mingəçevir su anbarında, Araz və Xaçın çaylarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xızı rayon sakini Ramal Səfərov, Samux rayon sakini Ruslan Quliyev, Yevlax rayon sakini Zamin Həşimov, İmişli rayon sakini Səhliyal Fətullayev olduğu müəyyən edilib: 

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakini Zaur Tuayev və Sumqayıt şəhər sakini Fikrət Xalıqov saxlanılaraq cərimələnib”.

saytında Torpaq satışı


TEQ: Qanunsuz ov edən şəxslər cəzalandırılıb


08 Sep 2021 00:33   |    234

Mənbə: oxu.az



(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular. (Bəqərə Surə-2,ayə-57)



Şərhlər

Digər Cəmiyyət xəbərləri