“Qarabağ” müdafiəçi problemini pulsuz həll etdi - FOTO

“Qarabağ” klubu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadəni transfer edib.

Feedline.net xəbər verir ki, Ağdam təmsilçisinin “Facebook” səhifəsi xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə üç illik müqavilə imzalanıb.

O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bəhlul Mustafazadə son olaraq Azərbaycanda “Sabah” klubunda çıxış edib. Mərkəz müdafiəçisi daha əvvəl BƏƏ-nin “Əl-Əyn” klubuna keçsə də, qısa müddət sonra həmin komanda futbolçudan imtina edib. Nəticədə Bəhlul Ağdam klubuna havayı başa gəlib.



TEQ: Qarabağ müdafiəçi problemini pulsuz həll etdi FOTO


29 Jul 2021 12:31   |    216

Mənbə: oxu.az



" Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik). "  (Bəqərə Surə-2,ayə-60)



Şərhlər

Digər İdman xəbərləri