Şakira həbs edilə bilər

Dünyaca məşhur müğənni Şakira vergiləri ödəmədiyinə görə həbs edilə bilər.

“Rossiya 24” telekanalı məlumat verir ki, ifaçı ittiham irəli sürən tərəflə razılaşmasa, İspaniyada məhkum kürsüsündə oturmalı olacaq.

Şakira ilk dəfə 2019-cu ilin iyununda ehtimal olunan 14,5 milyon avro məbləğində vergini ödəmədiyi ilə bağlı ifadə verib. Uzun araşdırmadan sonra müğənninin hakim qarşısına çıxmasına qərar verilib.

İspaniya prokurorluğu onu altı vergi cinayətində günahlandırır. Günahı sübut olunacağı təqdirdə Şakiranı həbs gözləyir.

saytında Təkər alqı satqısı elanları


TEQ: Şakira həbs edilə bilər


29 Jul 2021 10:31   |    112

Mənbə: oxu.az



Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. (Nisa Surə-4,ayə- 36)



Şərhlər

Digər Şou-biznes xəbərləri