ABŞ Türkiyəni yeni sanksiyalarla təhdid etdi

Türkiyənin Rusiyadan iri silah sistemləri almağa davam edəcəyi təqdirdə ABŞ rəsmi Ankaraya qarşı əlavə birtərəfli sanksiyalar tətbiq edə bilər.

Bunu ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan edib.

O bildirib ki, Vaşinqton Türkiyənin S-400 sistemlərini əldə etməsinə qarşıdır və ABŞ-ın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.

Həmçinin, Nuland vəziyyətdən çıxış yolları axtarışının davam etdiriləcəyini də vurğulayıb.

Qeyd edək ki, ABŞ rəsmisinin bu bəyanatı Rusiya tərəfindən Türkiyəyə S-400 zenit-raket kompleksinin növbəti partiyasının alışı üzrə təklif irəli sürəcəyilə bağlı yayılan xəbərlərin ardından səsləndirilib.

saytında Kirayə Evlər


TEQ: ABŞ Türkiyəni yeni sanksiyalarla təhdid etdi


22 Jul 2021 06:02   |    85

Mənbə: oxu.az



Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? ( Bəqərə  surə-2, ayə - 168-170 )



Şərhlər

Digər Dünya xəbərləri