Olimpiada öncəsi Tokioda COVID-ə yoluxma üzrə rekord qeydə alınıb

Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə iki gün qalmış Tokioda koronavirusa yoluxma üzrə altı aylıq rekord qeydə alınıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bildirlib ki, iyulun 21-də Yaponiya paytaxtında 1832 yeni yoluxma faktı aşkarlanıb.

Ekspertlərin fikrincə, qarşıdakı günlərdə Tokiodakı epidemioloji vəziyyət daha da pisləşəcək.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək davam edəcək.

saytında Torpaq satışı


TEQ: Olimpiada öncəsi Tokioda COVIDə yoluxma üzrə rekord qeydə alınıb


22 Jul 2021 05:01   |    84

Mənbə: oxu.az



Öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. (Bu, )Allahdan bir ziyafətdir. Allahın dərgahında olan (nemət-lər) möminlər üçün daha xeyirlidir.  (Ali İmran Surə-3,ayə- 198)



Şərhlər

Digər Dünya xəbərləri