2032-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarının ev sahibi açıqlandı - FOTO

2032-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.

Bu barədə “Euronews” xəbər verib.

Bildirilir ki, əsas namizədlər arasında olan şəhərə 80 seçicidən 72-si lehinə, beşi əleyhinə səs verib.

Qeyd edək ki, Avstraliyada oyunlar üçüncü dəfə keçiriləcək: idman festivalı 1956-cı ildə Melburnda, 2000-ci ildə Sidneydə baş tutub.

Brisben üçün xoş xəbər 23 iyul - 8 avqust tarixlərində keçiriləcək 2020-ci il Olimpiadasının başlanması ərəfəsində Tokioda elan edilib.

saytında Təkər alqı satqısı elanları


TEQ: 2032ci il Yay Olimpiya Paralimpiya Oyunlarının ev sahibi açıqlandı FOTO


21 Jul 2021 16:01   |    207

Mənbə: oxu.az



O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər;(onlar) səbr edən, doğru danışan, müti olan, (malından Allah yolunda) xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir.  (Ali İmran Surə-3,ayə-16-17)



Şərhlər

Digər İdman xəbərləri