“Sumqayıt” avrokuboklarda mübarizəyə başlayır

Bu gün “Sumqayıt” UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.

Feedline.net xəbər verir ki, rəqib Serbiyanın “Çukariçki” klubudur. 

Bakı vaxtı ilə 22:00-da başlayacaq qarşılaşma Belqrad şəhərinin “Çukariçki” stadionunda baş tutacaq. 

Oyunun baş hakimi isveçrəli Fedayi Sandır. 

Qeyd edək ki, “Sumqayıt” tarixində ikinci dəfə avrokubok qarşılaşmasına çıxacaq. Təmsilçimiz ötən mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunda 0:2 hesabı ilə uduzmuşdu. Koronavirus pandemiyası səbəbindən mərhələ bir qarşılaşmadan ibarət olmuşdu.


TEQ: Sumqayıt avrokuboklarda mübarizəyə başlayır


21 Jul 2021 10:01   |    122

Mənbə: oxu.az



Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır.   (Ali İmran Surə-3,ayə-14)



Şərhlər

Digər İdman xəbərləri