ÜST-dən hamilələrin vaksinasiyası ilə bağlı AÇIQLAMA

Hamiləlik - koronavirusu ağır keçirmə riski olan sağlamlıq vəziyyətidir.

Rg.ru-nun məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhət Qrupunun (SAGE) yenilənmiş tövsiyələrində deyilir.

Xüsusilə 35 yaşdan yuxarılar və yanaşı xəstəlikləri olan hamilələr risk altındadır. Mövcud məlumatlara görə, onlarda xəstəliyin ağır gedişatının riski reproduktiv yaşda hamilə olmayan qadınlara nisbətən daha yüksəkdir.

Mütəxəssislər hamiləlik dövründə koronavirusun erkən doğum riskini artırdığını bildirirlər.

Onların sözlərinə görə, aparılan tədqiqatlarda COVID-19 peyvəndinin qadının və ya fetusun sağlamlığına zərərli təsirləri aşkar edilməyib. Bu baxımdan hamilə qadınların peyvənd vurdurması tövsiyə olunur.

ÜST tövsiyələrində həmçinin analara peyvənddən sonra körpələrinə süd verə biləcəyi qeyd edilib. Bundan əlavə, ilkin məlumatlara görə, bu vəziyyətdə qorunma anadan uşağa ötürülə bilər.

saytında Xiaomi teleforların alqı satqısı


TEQ: ÜSTdən hamilələrin vaksinasiyası ilə bağlı AÇIQLAMA


21 Jul 2021 07:01   |    152

Mənbə: oxu.az



Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görmə-yincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla-madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.  (Nisa Surə-4,ayə- 19)



Şərhlər

Digər Dünya xəbərləri