“Milan”ın baş direktoruna xərçəng diaqnozu qoyulub

İtaliyanın “Milan” futbol klubunun baş direktoru İvan Qazidisə boğaz xərçəngi diaqnozu qoyulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qazidis “Milan”ın prezidenti Paolo Skaroninin tam dəstəyi ilə müalicə zamanı komandadakı fəaliyyətini davam etdirəcək.

56 yaşlı baş direktorun sözlərinə görə, həkimlər onda xərçəngin müalicə oluna bilən formasını aşkar ediblər. Qazidis xəstəliyə qalib gələcəyinə əmin olduğunu bildirib.

saytında Torpaq satışı


TEQ: Milanın baş direktoruna xərçəng diaqnozu qoyulub


21 Jul 2021 04:02   |    208

Mənbə: oxu.az



Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib (tərəflərin) arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.  ( Bəqərə  surə-2, ayə - 182,183 )



Şərhlər

Digər İdman xəbərləri