Dənizdə batan altı nəfər xilas edildi

Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Nardaran”, “Xaçmaz” sularda xilasetmə məntəqələrinin ərazisində və iki halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən altı nəfər xilas olunub.


TEQ: Dənizdə batan altı nəfər xilas edildi


21 Jul 2021 03:31   |    137

Mənbə: oxu.az



De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?”  (Ali İmran Surə-3,ayə- 98)



Şərhlər

Digər Cəmiyyət xəbərləri