Haiti müvəqqəti prezident fikrindən imtina etdi

Haiti yeni dövlət başçısı seçilənə qədər müvəqqəti prezident təyinatından imtina edib.

Bu barədə TASS yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Haiti hökuməti prezident Jovenel Moizin öldürülməsindən iki gün əvvəl baş nazir vəzifəsinə təyin etdiyi Ariel Anrinin başçılığı ilə ölkənin yeni hökumətini təsdiqləyib.

Qeyd edək ki, Haitidə prezident və parlament seçkiləri sentyabrın 26-na təyin edilib, ehtiyac olarsa, prezident seçkilərinin ikinci turu 21 noyabrda keçiriləcək.

Xatırladaq ki, Moiz iyulun 7-də yaşadığı evə edilən naməlum hücum nəticəsində öldürülüb. Həmin hücumda ölkənin birinci xanımı Martin Moiz də yaralanmışdı. Bununla əlaqədar Nazirlər Şurası respublikada 15 gün ərzində hərbi vəziyyət tətbiq edib.


TEQ: Haiti müvəqqəti prezident fikrindən imtina etdi


21 Jul 2021 02:31   |    172

Mənbə: oxu.az



Onların aralarında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir. (Maidə Surə-5,ayə- 49)



Şərhlər

Digər Dünya xəbərləri