Bakıda “Jeep” dörd avtomobilə çırpıldı, sürücüsü qəza yerindən qaçdı – FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsini törədən sürücü ərazidən qaçıb.

APA xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.

Sürücüsü hələ ki məlum olmayan “Jeep” markalı avtomobil yol kənarında dayanan və Kəmaləddin Ağayevə məxsus “Mercedes” və Firdovsi Məmmədova məxsus “Hyundai” markalı avtomobillərə çırpılıb. Zərbənin gücündən avtomobillər “Range Rover” və “Mercedes” markalı yük maşınına çırpılıb. Qəzaya səbəb olan “Jeep” markalı avtomaşının sürücüsü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yolsa sıxlıq yaranıb. Polislər nəqliyyatın hərəkətini tənzimləyib. Avtotexniki ekspertiza təyin edilib.











TEQ: Bakıda Jeep dörd avtomobilə çırpıldı sürücüsü qəza yerindən qaçdı FOTO


21 Jul 2021 01:32   |    126

Mənbə: oxu.az



Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkmə-sələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik (Nisa Surə-4,ayə- 91)



Şərhlər

Digər Cəmiyyət xəbərləri