Almaniyada təbii fəlakət nəticəsində ölənlərin sayı 169-a çatıb

Almaniyada daşqınlar və sel nəticəsində ölənlərin sayı artmaqda davam edir.

“Frans Press” agentliyinin məlumatına görə, artıq təbii fəlakət qurbanlarının sayı 169 nəfərə çatıb.

Təkcə Reynland-Pfalts federal vilayətində 121 nəfər həlak olub.

Qeyd edək ki, Almaniyada intensiv yağıntılar səbəbindən Ar, Mozel, Zauer, Pryum, Nims, Kil və Erft çayları məcrasından çıxaraq sel və daşqına səbəb olub.


TEQ: Almaniyada təbii fəlakət nəticəsində ölənlərin sayı 169a çatıb


21 Jul 2021 01:31   |    210

Mənbə: oxu.az



....Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət ver-mək üçün nazil etdiyi Kitab və hikməti (Sünnəni) yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.  (Bəqərə Surə-2,ayə-231)



Şərhlər

Digər Dünya xəbərləri