“Patı” satan üç nəfər saxlanıldı - FOTO

Şirvanda “patı” adlandırılan narkotik vasitə satan şəxslər saxlanılıb.

Bu barədə Feedline.net-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı” və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan üç nəfər şəxs saxlanılıb.

Araşdırmalarla onların şəhər sakinləri Nurlan Qədirli, Pərviz Qəmbərov və Gülnar Ağayeva olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin və heroin aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.





TEQ: Patı satan üç nəfər saxlanıldı FOTO


20 Jul 2021 16:01   |    212

Mənbə: oxu.az



Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir. (Buna görə də) Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar. (Maidə Surə-5,ayə- 80)



Şərhlər

Digər Cəmiyyət xəbərləri