Kolumbiyadakı etirazlarda 849 polis xəsarət alıb

Kolumbiyada aprelin 28-dən etibarən keçirilən nümayişlər zamanı xəsarət alan asayiş keşikçilərinin sayı açıqlanıb.

Ölkənin milli müdafiə naziri Dieqo Molanо bildirib ki, 13 gün davam edən etiraz aksiyalarında 849 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında 53 nəfər qadındır.

Nazirin sözlərinə görə, ötən günlər ərzində polis 647 nəfər etirazçını saxlayıb.

Qeyd edək ki, vergi islahatlarına qarşı nümayişlər zamanı 26 nəfər həlak olub.

TUT.az saytında Təkər alqı satqısı elanları


TEQ: Kolumbiyadakı etirazlarda 849 polis xəsarət alıb


12 May 2021 05:31   |    168

Mənbə: oxu.az



Onlar harada olursa olsunlar, Allahın və (mömin )insanların (himayəsində olanlar) istisna olmaqla onlara (həmişə) zəlillik qismət olar. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. (Ali İmran Surə-3,ayə- 112)



Şərhlər

Digər Dünya xəbərləri