Almaniyada televizoru olmayan şəxs televergi ödəmədiyi üçün həbs edilib

Almaniyanın Münster şəhər sakini Georq Tilin həbsi sosial şəbəkələrdə geniş müzakirə mövzüsuna çevrilib.

Bu barədə yerli Borkenerzeitung.de portalı yazıb.

Məlumata əsasən, Til iki ay öncə teleradio yayımı üçün nəzərdə tutulan vergini ödəməkdən imtina etdiyinə görə həbs olunub.

Lakin məsələ burasındadır ki, onun nə televizoru, nə radiosu, nə smartfonu, nə də hər hansı bir qəbuledici qurğusu var. O, ölkə ərazisində yayımlanan teleradio siqnallarını qəbul etmək imkanından məhrumdur. 

Məhkum artıq Almaniyanın Konstitusiya Məhkəməsinə də müraciət edib. Lakin vəkillərin sözlərinə görə, Tilin qalib gəlmə şansı çox azdır.

TUT.az saytında Velosiped alqı satqısı elanları


TEQ: Almaniyada televizoru olmayan şəxs televergi ödəmədiyi üçün həbs edilib


12 May 2021 04:31   |    115

Mənbə: oxu.az



Onların mükafatı, Rəbbindən bağışlanma və (ağacları) altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ali İmran Surə-3,ayə- 136)



Şərhlər

Digər Dünya xəbərləri