“Formula-1” üzrə İstanbul Qran-prisi ləğv olundu

İstanbul Qran-prisi “Formula 1” yarışlarının təqvimindən çıxarılıb.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Kanada Qran-prisinin pandemiya səbəbindən ləğv edilməsindən sonra yarışmanın 11-13 iyuna təsadüf edən mərhələsinin İstanbulda keçirlməsi nəzərdə tutulub.

Lakin Türkiyədə də koronavirusla bağlı vəziyyətin ürəkaçan olmaması bu planların üzərindən xətt çəkib.

İngiltərə Türkiyəni koronavirusun yayılmasına görə riskli ölkələr siyahısına salıb və bu ölkədən qayıdan şəxslər üçün 10 günlük karantin müddətini məcburi edib.

Yarışlarda iştirak edən bir çox komandanın mərkəzinin İngiltərədə olduğu nəzərə alınaraq, məhz 10 günlük karantindən yayınmaq üçün İstanbul Qran-prisi ləğv olunub.

Qeyd edək ki, “Formula-1”in İstanbul mərhələsinin ləğvi səbəbindən builki dünya çempionatı 22 yarışla yekunlaşacaq.

TUT.az saytında Xiaomi teleforların alqı satqısı


TEQ: Formula1 üzrə İstanbul Qranprisi ləğv olundu


12 May 2021 03:31   |    129

Mənbə: oxu.az



Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır.Yəhudilərin etdikləri zülmə görə, onlara (daha öncə) halal edilmiş gözəl nemətləri haram etdik. (Həm də) bir çoxlarını (eləcə də özlərini) Allah yolundan döndərdiklərinə, (Nisa Surə-4,ayə- 159-160)



Şərhlər

Digər İdman xəbərləri