“AstraZeneca”nın İngiltərədəki ofisi qarşısında etiraz aksiyası keçirilib

“Global Justice Now” təşkilatının rəhbərliyilə bir qrup fəal koronavirusa qarşı peyvənd istehsal edən “AstraZeneca” şirkətinin Kembricdəki ofisi qarşısında etiraz aksiyası keçirib.

Bu barədə “Daily Express” nəşri məlumat verib.

Etirazçılar şirkət rəhbərliyini COVID-19 vaksini üzrə patent hüququndan imtina etməyə çağırıblar. Onlar bildiriblər ki, alimlərin peyvənd üzrə araşdırmaları dövlət hesabına maliyyələşdirilib və şirkətin bu araşdırmaların nəticəsi olan vaksini özəlləşdirməsi qeyri-qanunidir.  

Nümayişçilərin bir qismi özlərini ofis binasına zəncirləyərək şirkətdən vaksin istehsalı texnologiyalarını Ümumdünya Səhiyyə Təşkilatı ilə bölüşməyi tələb ediblər.

TUT.az saytında Velosiped alqı satqısı elanları


TEQ: AstraZenecanın İngiltərədəki ofisi qarşısında etiraz aksiyası keçirilib


12 May 2021 03:01   |    154

Mənbə: oxu.az



Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz.... (Maidə Surə-5,ayə- 2)



Şərhlər

Digər Dünya xəbərləri