Ağcabədidə yeniyetmə qız yol qəzasında xəsarət aldı

Ağcabədidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ağcabədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin - 2007-ci il təvəllüdlü Əmirzadə Aysel Əbülhəsən qızı müxtəlif xəsarətlər alıb. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. 

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

TUT.az saytında Velosiped alqı satqısı elanları


TEQ: Ağcabədidə yeniyetmə qız yol qəzasında xəsarət aldı


12 May 2021 01:03   |    62

Mənbə: oxu.az



Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin...(Nisa Surə-4,ayə- 6)



Şərhlər

Digər Cəmiyyət xəbərləri