Ramazan ayının 29-cu gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının 29-cu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 12-də imsak vaxtı saat 03:43-də, iftar vaxtı isə 20:02-dədir.

Mayın 12-i üçün namaz vaxtları:

29-cu günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!”

Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

 

TUT.az saytında Kirayə Evlər





TEQ: Ramazan ayının 29cu gününün imsak iftar namaz vaxtları FOTO


11 May 2021 21:40   |    185

Mənbə: oxu.az



Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.  ( Bəqərə  surə-2, ayə - 215  )



Şərhlər

Digər Cəmiyyət xəbərləri