Balakəndə avtomobil çaya düşüb, üç nəfər xəsarət alıb

Balakəndə minik avtomobili çaya düşüb, biri ağır olmaqla üç nəfər xəsarət alıb.
Feedline.Net APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqataladan Balakən şəhəri istiqamətindəhərəkətdə olan "VAZ 21099" markalı minik avtomobilinin qarşısına at çıxması səbəbindən maşın idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı biri ağır olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılarxəstəxanayaaparılıblar, onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Feedline.Net

TEQ: Balakəndə avtomobil çaya düşüb üç nəfər xəsarət alıb


11 May 2021 20:37   |    148

Mənbə: news.milli.az



Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya (şəriətə) müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar.  (Bəqərə Surə-2,ayə-231)



Şərhlər

Digər Cəmiyyət xəbərləri