Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib

Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Feedline.Net Trend-ə istinadən bildirir ki, istintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov saat 6 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq aparılır.
Feedline.Net

TEQ: Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib


11 May 2021 20:35   |    124

Mənbə: news.milli.az



Allah yolunda vuruşun və bilin ki, Allah Eşidəndir, Biləndir! Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız.  (Bəqərə Surə-2,ayə-244-245)



Şərhlər

Digər Cəmiyyət xəbərləri