Şəmkirdə bibisi oğlunu öldürmək istəyən həbs edildi

Mayın 9-da saat 18 radələrində Musa Rüstəmov və Bakır Hüseynovun xəsarət almaları barədə Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakır Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Mehdixanov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

TUT.az saytında Mətbəx Mebeli


TEQ: Şəmkirdə bibisi oğlunu öldürmək istəyən həbs edildi


11 May 2021 20:01   |    125

Mənbə: oxu.az



(Evləndiyiniz)qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müd-rikdir. (Nisa Surə-4,ayə- 24)



Şərhlər

Digər Cəmiyyət xəbərləri