Baş Prokurorluq icra başçısının birinci müavininə xəbərdarlıq etdi

Baş Prokurorluq Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bayramova Xalidəyə xəbərdarlıq edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Feedline.Net-a bildirilib ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib "Covid-19" xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.
Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "Prokurorluq haqqında" Qanununun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.
Feedline.Net

TEQ: Baş Prokurorluq icra başçısının birinci müavininə xəbərdarlıq etdi


04 May 2021 16:11   |    109

Mənbə: news.milli.az



Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda (pul) əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır.  ( Bəqərə  surə-2, ayə - 174 )



Şərhlər

Digər Cəmiyyət xəbərləri