İsveçrənin İrandakı diplomatı binadan yıxılaraq ölüb

İsveçrənin İrandakı səfirliyinin 1-ci katibi Tehranda Kamraniyyə məntəqəsində hündürmərtəbəli binadan yıxılaraq ölüb.
Feedline.Net Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, İsveçrə səfirliyinin xanım diplomatının ölümünün intihar, qətl və ya bədbəxt hadisə olduğu hələlik bəlli deyil. Dplomat binanın 18-ci mərtəbəsində yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İsveçrənin İrandakı səfirliyi ABŞ-ın İrandakı diplomatik mənafeyini də qoruyur.
Feedline.Net

TEQ: İsveçrənin İrandakı diplomatı binadan yıxılaraq ölüb


04 May 2021 16:06   |    160

Mənbə: news.milli.az



Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, (kəffarəsi) öldürdüyünə bənzər bir (qurbanlıq) heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, (sonra da həmin) qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə (bu günaha) qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Maidə Surə-5,ayə- 95)



Şərhlər

Digər Dünya xəbərləri