İki ölkə arasında qalmaqal - Nazir qonşu dövləti söydü

Filippin xarici işlər naziri Teodor Loksin Çindən Cənubi Çin dənizindəki mübahisəli akvatoriyadan öz gəmilərini çəkməsini tələb edib.
Feedline.Net axar.az-a istinadən xəbər verir ki, Tvitterdə yerləşdirdiyi tələbində Loksin Çinə təhqiramiz ifadə işlədib.
"Mənim çinli dostlarım, nəzakətli formada ifadə etsəm... buradan çıxın (GET THE FUCK OUT). Bizim dostluğumuz üçün nə edirsiniz? Heç nə", - deyə o bildirib.
Loksin, həmçinin Çinin diplomatik dilə reaksiya vermədiyini və Pekinə 2016-cı ildən indiyə qədər 20 rəsmi şikayət verdiklərini deyib.
Qeyd edək ki, Çinlə Filippin arasında Cənubi Çin dənizində mübahisəli ərazilər var. Pekin bir neçə ildir bu ərazilərə öz hərbi gəmilərini yerləşdirib.
Feedline.Net

TEQ: İki ölkə arasında qalmaqal Nazir qonşu dövləti söydü


04 May 2021 16:05   |    191

Mənbə: news.milli.az



" Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi aləmlərdən üstün etdiyimi xatırlayın. "  (Bəqərə Surə-2,ayə-122)



Şərhlər

Digər Dünya xəbərləri