Prokurorluq yeniyetmənin başına daş düşməsi ilə bağlı araşdırmaya başladı

Bakıda binanın fasadından yeniyetmə oğlanın başına daş parçası düşməsi ilə bağlı araşdırmalar başlanıb.
Bu barədə Feedline.Net-a Səbail rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə "kəllə-beyin travması və baş-beyin silkələnməsi" diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.
Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.
Feedline.Net

TEQ: Prokurorluq yeniyetmənin başına daş düşməsi ilə bağlı araşdırmaya başladı


04 May 2021 15:38   |    193

Mənbə: news.milli.az



Biz (onlarla bağladığımız) əhdə görə dağı (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü (üçün qoyulmuş qadağanı) pozmayın!”– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq. (Nisa Surə-4,ayə- 154)



Şərhlər

Digər Cəmiyyət xəbərləri