Azərbaycan XİN Meksikaya başsağlığı verib

Xarici İşlər Nazirliyi (XİN) Mexikoda metro körpüsünün çökməsi ilə əlaqədar Meksikaya başsağlığı verib.
Feedline.Net Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində yazılıb.
Nazirlik bildirib: "Mexiko şəhərində metro körpüsünün çökməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Bu faciəvi qəzada həlak olanların ailələrinə, eyni zamanda, Meksika hökumətinə və xalqına başsağlığı verir və yaralananların hamısının tezliklə sağalmasını diləyirik".
Qeyd edək ki, Mexikoda hadisə nəticəsində 23 nəfər ölüb, 70-ə yaxın şəxs xəsarət alıb.
Feedline.Net

TEQ: Azərbaycan XİN Meksikaya başsağlığı verib


04 May 2021 15:35   |    189

Mənbə: news.milli.az



" Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır. "  (Bəqərə Surə-2,ayə-95)



Şərhlər

Digər Siyasət xəbərləri