Sabahkı hava ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi sabah ölkə ərazisində gözlənilən qeyri-sabiq hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.
Feedline.Net bildirir ki, FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı açıqlamasında bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 5-də səhərdən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi gözlənilir.
Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.
Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.
Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.
Feedline.Net

TEQ: Sabahkı hava ilə bağlı XƏBƏRDARLIQ


04 May 2021 15:31   |    148

Mənbə: news.milli.az



" (Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu." (Bəqərə Surə 2, ayə -34)



Şərhlər

Digər Hava Proqnozu xəbərləri