İlon Mask bir sutkada fantastik məbləğdə pul itirdi

“SpaceX” və “Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti bir gündə 5 milyard dollar azalıb.

Bu barədə “Forbes Real-Time” reytinqinin məlumatlarında qeyd edilir.

“Tesla”nın səhmləri bazar ertəsi şirkətin Berlin fabrikinin açılışını təxirə salmaq məcburiyyətində qala biləcəyi barədə xəbərlərdən sonra azalıb. Gecikmənin səbəbi şirkətin layihə üçün əlavə ətraf mühit və inşaat icazələri alması ilə bağlıdır.

Maskın sərvəti indi təqribən 168,6 milyard dollar qiymətləndirilir. O, “Forbes”in dünyanın ən varlı insanları reytinqində üçüncü sıradadır.


TEQ: İlon Mask bir sutkada fantastik məbləğdə pul itirdi


04 May 2021 15:06   |    101

Mənbə: oxu.az



Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir.  (Nisa Surə-4,ayə- 32)



Şərhlər

Digər Dünya xəbərləri