Aslan Hüseynov faciəvi şəkildə ölüb - AÇIQLAMA + YENİLƏNİB

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Feedline.net-ə açıqlamasında bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur. 

“Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib”, - deyə DYP rəsmisi məlumat verib. 

Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün “Instagram” hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib. 

14:24

Müğənni Aslan Hüseynovun qəzada öldüyünə dair yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Bu barədə FeedLine.net-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, avtomobil onun adına olsa da, sükan arxasında özü olmayıb:

“Avtoqəzada ölən şəxs Aslan Hüseynov deyil”.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə müğənni Aslan Hüseynovun Qaradağ rayonu ərazisində avtoqəzada öldüyünə dair məlumatlar yayılıb. 

14:10

Müğənni Aslan Hüseynov vəfat edib.

Baku TV xəbər verir ki, müğənni Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzasına düşüb.

Hadisə zamanı Aslan Hüseynovun idarə etdiyi avtomobil “KamAz”a çırpılıb. Bu zaman müğənni və yanındakı şəxs həyatını itirib.


TEQ: Aslan Hüseynov faciəvi şəkildə ölüb AÇIQLAMA YENİLƏNİB


04 May 2021 14:42   |    107

Mənbə: oxu.az



" Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar. "  (Bəqərə Surə-2,ayə-120)



Şərhlər

Digər Cəmiyyət xəbərləri