Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir

Bu gün Milli Məclisin plenar iclasında "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Feedline.Net Trend-ə istinadən bildirir ki, Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli "Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib.
Qeyd edib ki, "Dini etiqad azadlığı haqqında" qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib.
Vitse-spiker bildirib ki, müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.
Vitse-spiker vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən və təsirlərdən mühafizəsinə xidmət edəcək.
Müzakirələrdən sonra qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Feedline.Net 

TEQ: Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir


23 Apr 2021 18:46   |    182

Mənbə: news.milli.az



Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır. (Ali İmran Surə-3,ayə- 176)



Şərhlər

Digər Cəmiyyət xəbərləri