Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir?

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib və dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.
Feedline.Net xəbər verir ki, T.Musayev 1987-94-cü illərdə ATU-da tibb təhsili alıb. O, 2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.
T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edib.
Feedline.Net

TEQ: Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir?


23 Apr 2021 18:09   |    85

Mənbə: news.milli.az



Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir.(Nisa Surə-4,ayə- 86)



Şərhlər

Digər Cəmiyyət xəbərləri