Azərbaycanda siyasət dəyişib


Azərbaycandakı müxalifət partiyalarını birləşdirən bir məqam var: onların heç biri ideoloji baxımdan birxassəli, homogen struktur deyillər və faktiki olaraq, ideologiya müstəvisində sektalar təsiri bağışlayırlar. Bu azmış kimi, məhz fasiləsiz radikallaşma və reallıqları qəbul edərək normal, adekvat siyasi fəaliyyət kursunu seçməmək nəticəsində son 10 il ərzində müxalifətin manevr imkanları da hədsiz dərəcədə azalıb.
Hakimiyyət isə tam fərqli siyasət yürüdür. Dəqiq olsaq, dövlət başçısı İlham Əliyevin siyasi kursu hər hansı formada şablon rəsmi ideologiyadan tam imtinadır. Sol və sağ, mühafizəkar və ya liberal, libertarian və ya avtoritar - bu ideoloji sistemlərin istisnasız olaraq hamısı bir kənara atılıb.
Azərbaycan dövlət quruculuğunu indi konkret biznes-planlar əsasında gerçəkləşdirir.
20-ci əsrin şablon siyasi ideyalarından, nimdaş şüarlarından və hətta şüarçılıqlarından yararlanmaq istəyən "mütərəqqi demokratik müxalifət"in tükənmək bilməyən istəkləri, sonsuz tələbləri və dəqiq bəlirlənməmiş arzuları var.
Onların arasında əsas yerləri bu şüarlar tutur:
1. Azərbaycana güclü sol partiya lazımdır
2. Azərbaycana güclü sağ partiya lazımdır
3. Azərbaycanda açıq cəmiyyət olmalıdır
4. Azərbaycan Qərb yönümlü siyasət yürütməli, NATO və Avropa İttifaqına üzv qəbul edilməyə can atmalıdır
5. Azərbaycan Qərbdəki beynəlxalq təşkilatların hesabatlarındakı tələbləri icra etməlidir

Göründüyü kimi, ilk baxışdan real, cazibədar, hətta gərəkli təsir bağışlayan bu şüarçılıq əslində sosial və siyasi destabilizasiyanın əsas amilləridir.
"Əsl demokrat"larımızın az qala ideal dövlət, siyasi sistem və demokratiya hesab etdikləri ABŞ-a nəzər salmaq yetərli sayıla bilər.
Cozef Baydenin prezident seçilməsindən sonra xarici siyasətlə yanaşı, daxili siyasətdə də aşkar nəzərə çarpan və paradoksal sola meyllənmə populizmdən başqa heç nə deyil. Məhz populizm hazırda Vaşinqtonun siyasətində sağlam məntiqi ayaqlar altına alaraq əzir. İş o yerə çatıb ki, amerikalılara yaşam, əxlaq və mədəniyyət baxımından tam yad olan məcburi bərabərləşdirmə təhsil sistemi ilə yanaşı, səhiyyədə və hətta karyera bəlirlənməsində də tətbiq olunur.
Birləşmiş Ştatlardakı "solçu"ların tələbləri artıq debilizm səviyyəsinə çatır. Onlar mitinqlərdə və yürüşlərdə emosional çıxışlar edərək hüquq-mühafizə orqanlarının federal büdcədən maliyyələşdirilməsinə son qoyulmasını, ölkə iqtisadiyyatını "ekoloji şərtlərə tam uyğun" istiqamətə yönəltməyi, sonucda da ağdərililərin kütləvi şəkildə qaradərililərdən üzr istəmələrini tələb edirlər.
ABŞ mediasında ideoloji tənəzzül elə həddə çatıb ki, tanınmış reportyorlar və kolumnistlər sanki başlarına alüminium folqadan papaq geyinərək kainatla birbaşa əlaqə qurmağa çalışırlar.
Avropa İttifaqı ölkələrinin tam əksəriyyətində isə əks mənzərədir: bu dövlətlərdə ifrat sağçılıq geniş addımlarla irəliləyir.
Tipik nümunə Fransadır. Ölkəyə miqrantların nəzarətsiz axını, Avropa İttifaqının tənzimləyici strukturları ilə bitmək bilməyən mübahisələr, rəsmi Parisin müstəqil xarici siyasət yürütmək imkanlarını fasiləsiz itirməsi, yerli fermenlərin istehsalat şərtlərinin dözülməzliyinə üsyan edərək paytaxt küçələrinə traktorlarla çıxması - durum gerçəkdən də, ağırdır.

Fransanı idarə edən Emmanuil adlı siyasi Paspartunun bacarıqsızlığı, diletantlığı və süstlüyü nəticəsində ölkə ərzaq suverenitetini tamamən itirməyə doğru gedir.
Və ya Almaniya.
COVİD-19 koronavirus pandemiyası ilə bağlı lokdaunların bitməyən seriyaları, peyvəndləmə prosesindəki ağır problemlər, miqrantlarla bağlı fəlakətli durum, avrozonanı qorumaq istəklərinin yaratdığı müşküllər, Rusiyanın təbii qazının Avropaya nəqli üçün inşa edilən yeni boru kəməri marşrutu üstündə ABŞ ilə didişmələr, alman ərazilərindəki amerikan hərbi bazaları çətinliyi, sosialistlər, ifrat sağçı-şovinist "Almaniya üçün alternativ" (Alternative für Deutschland, AfD), "yaşıllar".. Onların hamısı çözüm və tənzimləmə istəyir, nə isə tələb edirlər. Sağlar və sollar öz iqtisadi-siyasi proqramlarını irəli sürür, hakimiyyətə gəlməyə çalışırlar, gələndə də əvvəlki sistemi sökmək istəyirlər.
Avropa İttifaqındakı Lüksemburq, Malta və ya Kipr kimi cib dövlətciklərindən, onların dünya siyasətində "söz deməyə" çalışmaları və ələlxüsus da postsovet məkanı ölkələrinin geosiyasi durumua müdaxilə etmək cəhdlərindən isə ümumiyyətlə, danışmağa dəyməz.
Çünki gerçək tragikomediya və farsdır.
Azərbaycandakı radikal müxalifət bütün bunları görür, amma əfsuslar olsun ki, anlamır və gərəkli nəticələr çıxarmır.
Son illərdə isə həmin müxalifət ümumimiyyətlə, böhran, tənəzzül və deqradasiya şəraitindədir.
Sistemsiz müxalifətin özlərini lider sayan dəstə başçılarının postensial elektorat və sosial baza axtarışları illərdir heç bir nəticə vermir. Sektalar, primitiv təriqətlər formatında yaşamlarını davam etdirən radikalların keçirdikləri aksiyalar da dövlət sistemi, hakimiyyət qarşısında adekvat siyasi və ya iqtisadi səciyyəli tələblər qoyulmur.
Onlar yerli istehsalın gücləndirilməsini, dünya iqtisadiyyatındakı ən güclü trendlərdən birinə çevrilmiş aqrar təsərrüyfat konqlomeratlarının təmərküzləşməsini istəmirlər.
Onlar ölkədə valyuta kütləsini artıraraq manatın üzən kursunun daha da sərbəstləşdirilməsini, bununla da əhalinin alıcılıq qabiliyyətinin daha da artırılmasını tələb etmirlər.
Onlar parlamentin buraxılmasını, bu və digər qanununqəbul edilməsini, növbədənkənar seçkilərin keçirilməsini, Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər olunmasını, yaxud Azərbaycanın hansısa beynəlxalq anlaşmanı tərk etməsini də istəmirlər.
Onların şüurlarında, dünyagörüşlərində, rəngli mikrokosmlarında "etiraz aksiyası keçirmək" feli zərfinin mahiyyəti şəhər küçələrinə çıxaraq uca səslə şüarlar söyləmək, "Azadlıq! İstefa! Rədd olsun!" kimi 21-ci əsrin real siyasət diskursunda komik təsir bağışlayan tələblər hayqırmaq, "iqtidardan qorxmadıqları"nı göstərmək, kiminsə və ya kimlərinsə həbsdən azad edilməsini istəməkdir.
Məntiqi kolliziya, daha doğrusu, çox bəsit mizantoropiya göz önündədir. Sanki həbsdən buraxılması tələb olunan şəxslər sırf məişət səciyyəli əməllərinə, təsbitlənmiş hüquq pozuntularına görə azadlıqdan məhrum edilənədək fəal və ən bahlıcası, məhsuldar fəaliyyətlə məşğul olaraq onları dəstəkləyənlərin yaşamlarında ciddi müsbət dəyişikliklərə rəvac verirdilər.
Reallıq tam fərqli, əksdir.

Məhz indi radikal müxalifətın rəhbərliyində yer almış şəxslərin hakimiyyətdə olduqları qısa müddət ərzində çoxsaylı fatal səhvlərə yol verilmiş, volüntarist və marazmatik qərarlar qəbul edilmişdi. O fəaliyyətlə qərarların fəsadlarını 30 il sonra belə, tam aradan qaldırmaq mümkün olmayıb.
Radikallar sıralarına gəncləri cəlb etmək üçün bütün vasitələrdən yararlanmağa çalışır və bu minvalloa güya Azərbaycan cəmiyyətində aktiv protest əhval-ruhiyyəsinin olduğunu göstərmək istəyirlər.
Siyasi fəaliyyəti destruksiya, hakimiyyətə gediş yolunu isə küçə etirazları kimi anlayaraq belə efemer və illzor yol seçən sistemsiz radikal müxalifət illərdir yeni taktikada çalışır.
Bu isə faktiki siyasi intihardır və radikalların könüllü seçimidir.

Azərbaycanda şablon və yarıtmah ideologiya seçimi zərurəti dövləğ idarəetməsində yoxdur. Onu sırf iqtisadi təhlil və rəqəmlər əvəzləyib. Beləcə, rəsmi Bakı absurd libertarian idefikslərini yazına buraxmayaraq yeni xarici bazarlara çıxışlar, ölkənin problemlərinin daxili investisiyalar hesabına həll edilməsi və işğaldan azad edilmiş ərazilərdəki yeni infrastruktur layihələri hesabına yerli istehsalı daha da gücləndirmək yolunu seçib.
Yəni sıfır ideologiya. Qərarların qəbulu indi sadəcə, biznes-plan təsiri bağışlayır: xərclər, reallaşma müddəti və potensial inkişaf.
Radikal "demokrat"lardan fərqli olaraq, hakimiyyət öz maraqlarının təminatına və ya arzularının gerçəkləşməsinə çalışmır - sosial mənafeni və vətəndaşların rifahını nəzərə alır.
Prezident İlham Əliyevin siyasəti çox effektiv, perspektivli, eyni zamanda sadədir: müasir Azərğaycan cəmiyyətində yalnız bir ideologiya mümkündür - vətənpərvərlik. Bu sözün ən geniş və yaxşı anlamında.
20-ci əsrin şablon və kəsif qoxulu ideologiyalarından fərqli olariaq vətəndaşlıq tam siyasətsizdir. Vətənpərvərlik özülüyündə istənilən, hazırda "azad demokrat"ların eşələnməyi çox sevdikləri ideologiyadan üstündür.
Diskurs anlaşılandır.
Mənasız ideologiyalara zərurət yoxdur.
Vətəni sevmək yetər.

Feedline.Net

TEQ: Azərbaycanda siyasət dəyişib


23 Apr 2021 17:51   |    86

Mənbə: news.milli.az



.....Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə (Ondan) qorxalar.....( Bəqərə  surə-2, ayə - 187 )



Şərhlər

Digər Cəmiyyət xəbərləri