Ronaldu daha az maaşa “Mançester Yunayted”ə oynamağa hazırdır

“Yuventus”un portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu “Mançester Yunayted”ə qayıtmaq istəyir.

Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Mənbə yazır ki, 36 yaşlı superulduz “qırmızı şeytanlar”ın düşərgəsinə qayıtmaq üçün hətta maaşının azalmasına da razıdır.

Xatırladaq ki, K.Ronaldunun Turin klubu ilə müqaviləsi 2022-ci ildə bitir, lakin o, bu yay İtaliyanı tərk etməyi düşünür.

O hazırda “Yuventus”da ilinə 31 milyon avro qazanır.


TEQ: Ronaldu daha az maaşa Mançester Yunaytedə oynamağa hazırdır


23 Apr 2021 17:39   |    79

Mənbə: oxu.az



.....Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”   (Bəqərə Surə-2,ayə-286)



Şərhlər

Digər İdman xəbərləri