Azərbaycanlı güləşçi erməni idmançısını Avropa çempionatında məğlub etdi

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yunan-roma güləşçilərimiz mübarizəyə uğurlu start veriblər.

Feedline.net xəbər verir ki, 55 kq-da güləşən dünya və Avropa çempionu Eldəniz Əzizli əvvəlcə Nedyalko Petrovu (Bolqarıstan) 12:4, daha sonra Nuqzar Tsurtsumianı (Gürcüstan) 10:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

63 kq-da yarışan Taleh Məmmədov da yarımfinala çıxıb. 2019-cu ilin Avropa üçüncüsü Nikolay Viçev (Bolqarıstan) 9:6 və Qraçya Poqosyanı (Ermənistan) 3:2 hesabı (son xal qazanan prinsipi) ilə keçib.

Son Avropa çempionu Sənan Süleymanov isə 77 kq-da Valtteri Harri Kristian Latvalaya (Finlandiya) 10:0 qalib gəlib. Onun 1/4 finaldakı rəqibi Yunus Əmrə Başar (Türkiyə) olacaq.


TEQ: Azərbaycanlı güləşçi erməni idmançısını Avropa çempionatında məğlub etdi


23 Apr 2021 17:38   |    67

Mənbə: oxu.az



Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə edirsiniz. Bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək və yaxud onları kim qoruyacaq?Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər­. (Nisa Surə-4,ayə- 109-110)



Şərhlər

Digər İdman xəbərləri