Superliqadan çıxan klublar problemlə üz-üzə

Avropa Superliqasından geri çəkilən klublar təşkilata təzminat ödəyə bilərlər.
Milli. Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.  Belə ki, ABŞ-ın "JP Morgan" şirkəti layihəyə 3,2 miloyard dollar yatıracaqdı. Bu məbləğdən qurucu olan hər bir klubun büdcəsinə 300 milyon avro dəyərində gəlir gəlməli idi. Lakin qərarə görə, yarışdan geri çəkilən klublar əldə etməli olduqları gəlir miqdarında təzminat ödəməlidirlər. Əks halda həmin klublar Superliqadan geri çəkilə bilməyəcəklər.
Qeyd edək ki, Avropa Superliqası "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" klubları tərəfindən yaradılıb. Daha sonra 10 klub geri çəkilib. Fikrini dəyişməyən qurucular isə "Real" və "Barelona"dır. Avropa Superliqası fəaliyyətini dayandırıb.
Feedline.Net

TEQ: Superliqadan çıxan klublar problemlə üzüzə


23 Apr 2021 17:31   |    77

Mənbə: news.milli.az



" İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər. " (Bəqərə Surə-2,ayə-62)



Şərhlər

Digər İdman xəbərləri