Son sutka ərzində vaksinasiya olunanların sayı AÇIQLANDI - FOTO

Bu gün Azərbaycanda 14 424 nəfərə vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 199, ikinci mərhələdə isə bu rəqəm 6 225 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1 396 391 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 926 076 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 470 315 olub.



TEQ: Son sutka ərzində vaksinasiya olunanların sayı AÇIQLANDI FOTO


23 Apr 2021 17:20   |    83

Mənbə: oxu.az



Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və nur saçan Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər. (Ali İmran Surə-3,ayə- 184)



Şərhlər

Digər Cəmiyyət xəbərləri