Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Son sutkada 33 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 30 716 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, bu günə qədər isə ümumilikdə 3  164 974 test icra olunub.



TEQ: Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı FOTO


23 Apr 2021 17:18   |    61

Mənbə: oxu.az



Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir. (Nisa Surə-4,ayə- 152)



Şərhlər

Digər Cəmiyyət xəbərləri