Zəngilanda ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb - ETSN

Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb.
Feedline.Net Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov deyib.
O bildirib ki, Oxçuçay üzlük daşı yatağının ümumi ehtiyyatı 6 618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb: "İşğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb. Yataqda düşmən tərəfindən aparılan istismarın həcminin və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".
Feedline.Net

TEQ: Zəngilanda ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb ETSN


07 Apr 2021 20:35   |    203

Mənbə: news.milli.az



Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.   (Ali İmran Surə-3,ayə-27 )



Şərhlər

Digər Cəmiyyət xəbərləri