İsveçrənin aparıcı bankı riskli sərmayə yatırımı nəticəsində 4,4 milyard frank itirib

İsveçrənin aparıcı banklarından olan "Credit Suisse" riskli sərmayə yatırımı nəticəsində 4,4 milyard İsveçrə frankı dəyərində zərərlə qarşılaşıb.
Feedline.Net AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın "Archegos" fondunun iflası nəticəsində bu fondun əsas sərmayəçilərindən biri olan İsveçrə bankı ağır maliyyə zərbəsi ilə qarşılaşıb və bankın idarə heyətində artıq iki şəxs vəzifəsini itirməli olub. Aprelin 6-da bankın yaydığı məlumata görə, sərmayəçi Bill Hvanqın yaratdığı və dəyəri 20 milyard ABŞ dollarından çox olan fondun iflası banka 4,4 milyard frank (təxminən 4 milyard dollar) zərər vurub. Belə ki, "Archegos Capital Management" fondu mart ayında milyardlarla dollar dəyərində səhmlərini birjalarda dəyər-dəyməzinə satışa çıxararkən, "Credit Suisse" bankının bu fonddakı səhmləri dəyərsiz kağız səviyyəsinə düşüb. Nəticədə bankın investisiyalar üzrə meneceri Brayan Çin və risklərin idarə olunması üzrə rəhbəri Lara Vorner öz postlarını itiriblər. Bankın direktoru Tomas Qottştayn baş vermiş maliyyə itkisinin qəbuledilməz olduğunu bildirib və 2020-ci il üzrə bank rəhbərliyi üçün bonus ödənişlərinin, eləcə də dividendlərin ləğv olunduğunu elan edib. Bankın Nəzarət Şurası vəziyyətin səbəblərini araşdırmaq barədə sərəncam verib.
Qeyd edilməlidir ki, "Archegos" qalmaqalı son bir neçə həftədə İsveçrə bankının başına gələn ikinci hadisədir. "Greensill" Britaniya-Avstraliya maliyyə şirkətinin də bu yaxınlarda iflasa uğraması "Credit Suisse" üçün acı xəbər olub. Həmin şirkətin səhmləri bankın müştərilər üçün təklif etdiyi sərmayə portfelində önəmli yerə malik idi və bu iflasın İsveçrə bankı üçün azı bir milyard franka başa gəldiyi bildirilir.
Reytinq agentlikləri İsveçrənin ikinci böyük bankının sabit proqnozlarını mənfi proqnoz olaraq dəyişdiriblər və bu da bankın riskli əməliyyatlarla bağlı idarəçiliyinə verilən qiymətdir. Beynəlxalq analitiklər bu zərbələrdən sağ çıxa bilmək üçün "Credit Suisse" rəhbərliyinin düzgün qərarlar və tədbirlər paketi qəbul etməli olduğunu bildiriblər. Əks təqdirdə, bankın bu ağırlıqda itkini dəf etməsi mümkün olmaya bilər.
Feedline.Net

TEQ: İsveçrənin aparıcı bankı riskli sərmayə yatırımı nəticəsində 44 milyard frank itirib


07 Apr 2021 20:07   |    191

Mənbə: news.milli.az



" O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır. " (Bəqərə Surə-2,ayə-54)



Şərhlər

Digər Dünya xəbərləri